Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|


FƏLƏSTİNLİ ALİM ŞEYX MƏHƏMMƏD ƏBDÜL-Al


M. Sayıl


Məntiqsizlikdən və təəssübkeşlikdən uzaq olan elmi söhbətlər əhli-sünnənin bir sıra görkəmli şəxsiyyətlərinin, Cəfəri məzhəbinin düzgünlüyünə etiraf və onu ağıl, Quran və hədisə əsaslanan şəriətə malik bir məzhəb kimi qəbul etmələrinə səbəb olmasından əlavə, həm də onların bəzi böyüklərinin öz məzhəblərini tərk edərək, şiəliyi səmimi qəlbdən qəbul etmələriylə nəticələnmişdir. Onlar etiraf etmişlər ki, haqq birdir və onun təmsilçisi Əhli-beyt məzhəbi sayılan şiəlikdən başqa heç bir məzhəb deyildir. Belə şəxsiyyətlərdən bir də fələstinli alim ŞEYX MƏHƏMMƏD ƏBDÜL-AlDIR.
O, uzun müddət tədqiqat apardıqdan sonra şiə məzhəbinin haqq olduğunu anlamış və Əhli-beytə (ə) iqtida etmişdir. O, müsahibələrindən birində deyir: “...Mütaliə etdiyim ən mühüm kitablardan biri “əl-Müraciat” kitabıdır. Bu kitab mənim imanımı artırmadı, yalnız məlumatımı artırdı. Məni Əhli-beytin (ə) vilayətinə doğru hidayət edən yeganə hadisə aşağıdakı hadisə olmuşdur. Bir gün qohumlarımdan birinin mağazasının qarşısındakı səkidə əyləşmişdim. Görkəmcə kiçik bir mağaza idi. Mağaza sahibi nəvələrindən birinə onu bir neçə dəqiqəlik əvəz etməsini tapşırdı. Özü isə “ikindi namazı”nı qılmağa getdi. Müşahidə etdiyim bu hadisə məni düşünməyə vadar etdi və mən fikrə daldım. Necə ola bilər ki, adi bir insan namaz qılmaq üçün belə kiçik mağazasını başsız qoymadığı və onu əvəz etmək üçün, əmlakını qorumaq məqsədi ilə kimi isə təyin etdiyi bir halda, Peyğəmbər (s) böyük bir ümməti başsız, heç bir canişin təyin etmədən qoyub gedir? And olsun Allaha, bu həqiqət deyildir!
Ondan: “Livanda qürbətdə yaşadığınız bir halda yalqızlıq, qorxu hiss etmirsinizmi?” – deyə soruşduqda dedi: “Mənim tənhalığıma səbəb olacaq şeylər və onun acı nəticələrinin olduqca çox və sarsıdıcı olmasına baxmayaraq, mənə heç bir təsir göstərə bilməmişdir və mən heç bir zaman tənhalığımı hiss etməmişəm. Çünki qəlbimdə Əlinin (ə) kəlamına yer vermişəm. O həzrət buyurmuşdur:

لا تستوحشوا من الحق لقلة امله
”Heç bir zaman haqq yoldan tərəfdarlarının az olduğu üçün qorxmayın.”1
Onun digər müsahibələrində söylədiklərindən:
“İnsanlar öz-özlərinə Əhli-beytin (ə) dininə gələcəklər. Çünki bu fitrətə müvafiqdir. Amma nə etməli, bu din hökumətlərin çəkmələri altında qalaraq tapdanır.”
“Kəbənin ətrafına toplanaraq təvaf edən hər bir şəxs bilərəkdən və ya bilməyərəkdən, “Zərurət” (Cəbr), “Azadlıq” (İxtiyar) və ya “əl-Əmru bəynəl-əmrəyn” (Orta mövqe) əqidəsində olmasından asılı olmayaraq, əslində vilayət ətrafında təvaf edir. Çünki Kəbə təzahürdür, orada döğulan insan isə gövhər (substansiya). Təzahürün ətrafında fırlanan, təvaf edən şəxs, əslində gövhərin ətrafında təvaf edir.
O, “Vilayətin sübuta ehtiyacı varmı?” sualına cavab olaraq deyir: “Bizim etiqadımıza görə, hər bir şeyin sübuta ehtiyacı var. Lakin “vilayət” tezisinin sübuta, dəlilə ehtiyacı yoxdur və dəlil özü ona möhtacdır.”

Kitаbın аdı: “Qədir-Xum”; Müәllif: Doktor Əliəsğər Rizvani - Tәrcümә еdәn: M. Sayıl

1. “Məə ricalul-fikri fil-Qahirə”, səh. 40.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
1+4 =