Əsas səhifə | Kitabxana | Məqalələr | Şübhələr | Sual və cavab | Alimlər | Şiəliyə tapınanlar | Nəzər nöqtəsi | Qalereya |

|


AVROPALI BİR QADININ MÜSƏLMAN OLMASININ SİRRİ


Mərdan Zalov


Avropada yaşayan əhalinin müsəlman olmasının şüddətlənməsi mütəxəssislərin bu qitədə yeni dinə olan marağın sirrini araşdırmasına səbəb olmuşdur. Beynəlxalq “Baz tab” agentliyi və “Kristin sayns manitor” jurnalının verdiyi bir məlumatda yazılır: “Meri Falut heç bir terroristə bənzəmir və onun barəsində bunu düşünmək də olmaz. Həmçinin bu arıq və hicablı qadın bir kafedə əyləşərək mobil telefonla öz dostları ilə danışmaqdadır və digər qadınlardan heç də seçilməyərək qəhvə içir.”
Bu, dəqiq olaraq Avropa terror əleyhinə mübarizə aparan məmurları narahat edən və minlərlə insanın diqqətini onun kimilərə yönəldən hadisədir. Müsəlmanlığı yenicə qəbul edən xanım Falut belçikalı Mervil Deqok kimi İraqda Amerika hərbiçilərinə hücum edərək intihara əl atan – və avropalıların bütün diqqətini müsəlmanlara, xüsusən, daha çox terrorizmdə iştirak edən qadınlara – qadın kimi polisin gözünə təhlükəki bir şəxs kimi çarpır. Bu mövzu Mervilin fəaliyyətlərinə qədər elə də diqqət mərkəzində deyildi. Fransanın daxili təhlükəsizlik və məlumat agentliyinin rəisi özünün Louvmondda verdiyi sonuncu müsahibəsində demişdir: “Biz müxtəlif məkanlarda toplanaraq cəm olan insanların qarşısını almalıyıq.”
Avropa təhlükəsizlik işçilərinin nəzərinə əsasən, polislər, gərək, Orta Asiya əsilli cavanların təhdidlərinə nisbətdə ayıq olsunlar, çünki bu cavanlar Avropa qadınları ilə çox tez ünsiyyət və rabitə yarada bilirlər. Terroristlər İslama yenicə gəlmiş kəslərdən öz xeyirlərinə ciddi nəzarət və təhlükəsizliyi təmin olunan yerlərdən onların vasitəsilə heç bir diqqəti çəkmədən istifadə edə bilərlər. Bu cür sözləri İsveçrənin Stokholmdakı “Milli Müdafiə Kolleci”nin işçisi demişdir.
Üç il əvvəl İslam dinini qəbul edən xanım Falut uşaqlığında katolik məzhəbi ilə bağlı zehnində olan suallara cavab tapa bilmədiyindən, İslam dinini seçmişdir. O, İslam dinin onu əzab-əziyyət və çətinliklərə salacağına şəkk edir və deyir: “İslam sevgi mesajı, sülh, şücaət və uzlaşmaqdır.”
Məqalənin müəllifi sözünün davamında qeyd edir ki, bu məsələ “11 sentyabr” hadisələrindən sonra avropalıların İslam dinin inkişafına nisbətdə daha da ayıq olmalarının göstəricisidir, baxmayaraq ki, bu işlərə nəzarət edən və nəzarət altında saxlayan, həmçinin, ilbəil neçə min nəfər kişi və qadının İslam dininə gəlməsini siyahıya alan və bunun sirrini bilən yoxdur. Bu insanlar arasından yalnız azacıq bir dəstə radikal olur və onların sayca az bir hissəsi qəzəb və nifrət yaradan işlərə yönəlir.
Tədqiqatlar göstərir ki, Avropa qadınlarının İslamı qəbul etməsində kişilərin rolu daha çoxdur və onlardan sadəcə birinin müsəlman olan kişi ilə evlənməsi müsəlman olmalarına kifayət edir. Berminqham universitetinin müəllimi ingilis Heyfa Cavad deyir ki, evlənmək səbəbilə dini dəyişmək müsəlman olmaq üçün ümumi vasitələrdən sayılır, amma təzəlikcə qadınlar bu məsələdən də kənarda qalır və öz istəklərinə uyğun olaraq İslam dinini qəbul edirlər. Xanım Falut deyir: “İslamın Allaha yaxın olmaq yolları arxasınca olması səbəbindən o dini sevir. İslam onun nəzərincə, daha sadə, asan və diqqətlidir və beləliklə də, aydındır.” O, deyir ki, mən bir çərçivə (qanun) ardınca idim. İnsan tabe ola biləcəyi qanun və rəftarlara ehtiyaclıdır. Məsihilik ona müraciət etmək üçün müqəddimələri mənə nişan vermədi. Mütəxəssislərin nəzərincə, Avropa qadınlarının İslam dininə meyil edərək onu qəbul etməsi və bu məsələ ilə bağlı dəlilləri, həqiqətdə, onların naməlum və əxlaqi şübhələrə qarşı göstərdikləri reaksiyadır. Onlar istəyirlər ki, himayə və əmniyyətə malik və ictimai işlərdə onların da rolu olsun. Bunu da İslam onlara çox asan şəkildə peşkəş verir. Yenicə müsəlman olan hollandiyalı qadınlar barəsində araşdırma aparan Karin Van Nukerk deyir: “Kişi və qadınların müəyyən bir dəstəsinin müsəlman olması insanların diqqətini özünə çəkməyə səbəb olmuşdur və əlavə olaraq o, İslam dininin, xüsusən, ailədə qadınların ana rolu oynaması məsələsinə üstünlük verdiyini vurğulayaraq onları cinsi hədəf olaraq tanıtdırmadığını qeyd edir.”
Sara Cozef təzəcə müsəlman olan ingilis qadını və “Müsəlmanın yaşayış tərzi” jurnalının redaktorudur. O, bu əqidədədir ki, İslam dinini qəbul edən Avropa qadınları gözəl yaşayış tərzi və bütövlükdə ifratdərəcəli və həqiqətdə, düzgün olmayan Qərb feminizmi üslubundan amanda qalmaq axtarışındadırlar. Stefan Alyuvi İtalyadakı Padva institutunun müəllimi deyir: “Bir sıra digər qadınlar da siyasi dəlillərə görə İslama tərəf cəlb olunur, çünki İslam dini ruhani və siyasətçilər üzərində təkid edərək özünü ilahi və müqəddəs bir qanun kimi bəyan edir. Qərara gəldikdən sonra yavaş-yavaş bəzi yenicə müsəlman olanlar özlərini müsəlman yaşayış tərzi üslubuna həsr edirlər. Misal üçün, xanım Falut hələ də bu hazırlığı özündə hiss etməyərək başına hicab bağlayır və uzun və geniş libaslardan istifadə edir. Bəziləri də yeni dinin nişanə və əlamətlərini öz həmməzhəb və həmdin yoldaşlarına nisbətdə daha artıq büruzə vermək üçün məscidlərə gedirlər və nəzərə belə çarpır ki, elə bil, müsəlman olaraq dünyaya gəlmişlər.”
Betul Oltuma İngiltərənin Leçster şəhərindəki islami mərkəzin “Yenicə müsəlman olanlar” jurnalının tərcüməçisi bu fikirdədir ki, fərdlərin İslama yönəlməsi və onun başlamasının ilkin mərhələsində zamanın rolu daha çoxdur. Belə ki, şəxslərin öz ilkin məlumat və biliklərinə o qədər də etimadı yoxdur və bu yolla bəzi insanlar və müxtəlif təşkilatların tələsinə düşürlər. Məsələn, həmin belçikalı qadın İslama gəlməzdən əvvəl, narkoman olmuş və onu atmış, sonra isə işdən qovulmuşdur. Ehtimal edirəm ki, özünün son nicat yolunu da intihara əl atmaqda görmüşdür. Xanım Oltuma belçikalı qadının ölümünü ən faciəli bir hadisə kimi qiymətləndirərək onu əqidəsindən sui-istifadə edənlərin qurbanı kimi vəsf edir.



Nəzərlər

Ad və soyadı :
E-mail :
Lütfən əşağıdakı iki ədədin cəmini qeyd edin :
10+2 =